Son dörd ildə şəhid ailələri və müharibə əlillərinə 12 500-dən çox mənzil və ya fərdi ev verilib. Bu barədə 11 aprel tarixində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Bundan əlavə, 2018-2021-ci illərdə 1 450-dək, ümumilikdə ötən dövrdə isə 7 400 müharibə əlili minik avtomobili ilə təmin olunub.