2022-ci ilin yanvar və fevral aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Bu barədə 9 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhifəsində məlumat verilib.
Onlardan 407 min nəfəri sosial müavinət, 365 min nəfəri isə Prezidentin aylıq təqaüdünü alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müavinətlərin ödənişləri 34% artaraq 132 milyon manat, təqaüdlərin məbləği isə 25% artaraq 89 milyon manat təşkil edib.