Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) sosial şəbəkələrdə yalan məlumatlar yayan 60 nəfər cərimələnib, 40 nəfər isə inzibati qaydada həbs edilib. APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.
Eyni zamanda, “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” maddəsilə 1 308 cinayət işi başlanılıb.