2021-ci il ərzində səyyar sosial reabilitasiya ilə bağlı 1 729 nəfər müraciət edib. Bu barədə 24 dekabr tarixində Report Sosial Xidmətlər Agentliyinin Səyyar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Tamara Mikayılovaya istinadən məlumat verib.
Müraciət edənlərdən 1 494 nəfərə səyyar sosial xidmət göstərilib, 235 nəfərə isə qanunvericiliyə uyğun olmadığına görə imtina verilib. Tamara Mikayılovanın sözlərinə görə, imtina verilən şəxslər çətin həyat şəraitində yaşayan şəxs olmadığına görə belə qərar verilib.