Rusiya və keçmiş SSRİ-nin məşhur aktrisası İrina Miroşniçenko 81 yaşında vəfat edib. Bu barədə 3 avqust tarixində Report Moskva Bədaye Teatrının Məktəb-Studiyasının rektoruna istinadən xəbər verib.
İrina Miroşniçenko 1942-ci il iyulun 24-də Rusiyanın Barnaul şəhərində anadan olub. 1963-cü ildə Georgi Daneliyanın məşhur “Moskvanı gəzirəm” filmi ilə kino sahəsində debüt edib. Bundan başqa, sovet dövrünün “Vanya dayı”, “Kreml kursantları” və başqa filmlərə çəkilib.
O, 50 il Moskva Bədaye Teatrında çalışıb.