SSRİ Xalq artisti Vera Vasilyeva 97 yaşında vəfat edib. Bu barədə 9 avqust tarixində TASS məlumat verib.
O, 1925-ci ildə Moskvada anadan olub. Vasilyeva 30-dan çox filmdə rol alıb və cizgi filmlərində səs aktyorluğu ilə məşğul olub.
Aktrisa "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizlə toy" (1953) kimi filmlərdə yer alıb.