Paytaxtın Suraxanı rayonunda ərini qətlə yetirən qadın saxlanılıb. Bu barədə yanvarın 30-da Baş Prokurorluq məlumat yayıb.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. 31 yaşlı qadın yaşadığı evdə 30 yaşlı həyat yoldaşına xəsarətlər yetirib. Axırıncı aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.