Xəzər rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilib. Bu barədə aprelin 14-də FHN məlumat yayıb.
Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası aşkar edilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.