Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Bu barədə 11 mart tarixində Report TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da, əsasən, ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində antibiotik istifadə edilir.
Elmin Quliyev bildirib ki, bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır: “Yəni antibiotik həmin bakteriyaları məhv edə bilmir”.
Şöbə müdirinin dediyinə görə, antibiotik qızdırma salan və ağrı kəsən vasitə deyil.
“Koronavirus pandemiyası zamanı COVID-19 xəstələrinə o halda antibiotik tövsiyə edilir ki, onun yanaşı gedən ciddi xəstəlikləri olur”, - deyə mütəxəssis əlavə edib.