İbtidai siniflərdə sentyabrın 22-də, orta və yuxarı siniflərdə və universitetlərdə isə sentyabrın 29-da əyani dərslərə başlanacaq. Bu barədə təhsil naziri Emin Əmrullayev sentyabrın 7-də keçirilən brifinqdə məlumat verib.
Sentyabrın 29-dan həmçinin kolleclər və digər təhsil müəssisələri açılacaq. Ali təhsil müəssisələrində mühazirələrdə 60-dək tələbənin iştirakı mümkün olacaq.
“Məktəblərdə 5 günlük, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq”, - deyə təhsil naziri qeyd edib.