“Məşğulluq marafonu” çərçivəsində Təhsil Nazirliyi tərəfindən 1 557 nəfər şəhid ailə üzvü, qazi, müharibə iştirakçısı, hərbçi və onların ailə üzvləri işlə təmin olunub. Bu haqda martın 28-də Nazirlikdən məlumat verilib.
İşlə təmin edilənlərdən 198-i 2022-ci ilin ilk iki ayında işə qəbul olunanlardır.