Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı qızın sinif yoldaşı tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirilməsi barədə məlumat yayılıb.
Məlumata görə, bu hadisədən sonra həmin şagird intihara cəhd edib və bilək nahiyəsini kəsib.
Təhsil Nazirliyindən yanvarın 31-də bildirilib ki, məsələ araşdırlır: "Məlumat təqdim olunacaq".