Sentyabrın 22-24-də keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri açıqlanıb. Bu barədə Təhsil Nazirliyi sentyabrın 24-də məlumat yayıb.
İştirakçılardan 426 nəfər müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.
İşə qəbul olan namizədlər 28 sentyabr saat 18:00-dək zəruri sənədləri müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.