Ötən ay 280 nəfərin ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub. Bu barədə martın 12-də Dövlət Miqrasiya Xidməti məlumat verib.
Onlardan 8-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğu üçün ölkədən çıxarılıb və cərimə tətbiq olunub.
Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğu üçün isə 272 nəfərin ölkəyə girişi məhdudlaşdırılıb.