Ötən gün 100 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 7-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.