Ötən gün, dekabrın 6-da ölkə ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat verib.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və tibbi prosedurları gözləməklə onları yaşadığı evlərə qaytarıb. 1 nəfər barəsində isə “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.