Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ölkədə 143 toyun monitorinqi keçirilib. Bu barədə DİN dekabrın 24-də məlumat yayıb.
Onlardan 142-i şadlıq sarayında, 1-i isə şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimələnib.
47 nəfər isə COVID-19 pasportu olmadığına görə tədbirə buraxılmayıb.