Martın 10-da 2 aktiv COVID-19 xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və tibbi prosedurları gözləməklə onları yaşadıqları evlərə qaytarıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.