Dekabrın 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ölkədə 235 toyun monitorinqi keçirilib. Bu barədə DİN məlumat yayıb.
Onlardan 232-i şadlıq sarayında, 3-ü isə şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə 3 nəfər inzibati qaydada cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində cinayət işi açılıb.
23 nəfər COVID-19 pasportu olmadığına görə tədbirə buraxılmayıb.