Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ölkədə 326 toyun monitorinqi keçirilib. Bu barədə DİN dekabrın 18-də məlumat yayıb.
Onlardan 318-i şadlıq sarayında, 8-i isə şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə xüsusi karantin rejimini pozan 9 nəfər İnzibati Xətalar Məcəlləsinin “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimələnib.
66 nəfər isə COVID-19 pasportu olmadığına görə tədbirə buraxılmayıb.