Ötən gün 50 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda martın 16-da DİN məlumat yayıb.
Axtarışda olan ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılıb.
2 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.