Ötən gün 54 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 2-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.