Ötən gün ölkədə törədilən 56 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə dekabrın 16-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Axtarışda olduğuna görə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılıb. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilib.