Ötən gün 56 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda fevralın 1-də DİN məlumat verib.
Axtarışda olduğuna görə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.