Ötən gün 59 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda martın 29-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılıb.
1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.