Ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda martın 15-də APA məlumat yayıb.
Axtarışda olduğuna görə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.