Ötən gün 68 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda martın 11-də DİN məlumat yayıb.
Axtarışda olan ümumilikdə 64 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılıb.
1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.