Ötən gün 72 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda martın 17-də DİN məlumat yayıb.
Axtarışda olan ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılıb.
2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.