Yanvarın 3-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ölkədə 108 toyun monitorinqi keçirilib. Bu barədə DİN məlumat yayıb.
Onlardan 100-ü şadlıq sarayında, 8-i isə şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimələnib.
9 nəfər COVID-19 pasportu olmadığına görə tədbirə buraxılmayıb.