Ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə martın 24-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışda olan 33 nəfər, cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.