Oktyabrın 20-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri ölkə ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər nəticəsində karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə əsasən cərimə olunub, bir nəfər barəsində cinayət işi başlanılıb.
Ümumilikdə isə 182 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.