Ötən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda yanvarın 5-də DİN məlumat verib.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 21 nəfər saxlanılıb.
Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.