Ötən həftə ərzində 2 057 toy şənliyinin monitorinqi həyata keçirilib. Bu barədə martın 14-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
974 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Monitorinq Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən aparılıb.