Ötən iki gün ərzində 74 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda martın 23-də DİN məlumat verib.
Axtarışda olduğuna görə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılıb.
6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.