Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib. Bu haqda yanvarın 12-də Azərtac məlumat yayıb.
Əlilliyi olan şəxslərə 48 min reabilitasiya vasitəsi verilib. Ümumilikdə 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub. 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.