Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Türkiyənin Ərciyəz Universitetindən dəvət olunmuş ekspertlər tərəfindən təlimlər təşkil edilir. Bu barədə 20 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Təlimlərin əsas məqsədi yerli mütəxəssislərə keyfiyyətli, stres faktorlarına daha dözümlü sort və hibridlər haqqında məlumat verməkdir.
Təlimlər iki istiqamət üzrə aparılır və 22 dekabra qədər davam edəcək.
[URIS id=18223]