Tərtərdə dinc sakin minaya düşüb. Bu haqda aprelin 9-da Baş Prokurorluqdan APA-ya məlumat verilib.
İnsident Həsənqaya kəndi ərazisində baş verib. Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Elnur Həsənov qoyun otararkən minaya düşüb. O, ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.