Cari ilin ilk üç ayında Tərtər rayonunda 812,5 ton ət və 5 922 ton süd istehsal edilib. Bu barədə 7 aprel tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4,6 ton, süd istehsalı isə 133,2 ton artıb. Sözügedən dövrdə rayonda 138 baş inək və camış süni yolla mayalandırılıb, 163 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.