Bosniya və Herseqovinada keçirilən Avropa birinciliyində taekvondoçumuz Pünhan Mürsəlov bürünc medal qazanıb. Bu haqda noyabrın 13-də Qafqazinfo məlumat verib.
İdmançımız 45 kiloqram çəki dərəcəsində çıxış edib. Yarışda ölkəmizi 15 idmançı təmsil edir. Avropa birinciliyi noyabrın 15-də başa çatacaq.