Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Bu barədə 12 iyul tarixində Elm və Təhsil Nazirliyi məlumat verib.
Onlardan 2 345 nəfərinin müraciəti sosial TTK, 4 369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.