Bəzi müəllimlər uşaqları həddindən artıq ev tapşırığı ilə yükləyirlər. Bu, aprelin 14-də “Təhsil masası”nda Təhsil Nazirliyinin rəsmisi tərəfindən bildirilib.
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllim uşaqların akademik yüklənməsini daha yaxşı öyrənmələri üçün artıq tapşırıqlar verir.
O bildirib ki, həmin müəllimlərlə iş aparılmalıdır: “Çünki 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir”.