Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməli qoyulub. Bu haqda oktyabrın 4-də AZƏRTAC məlumat yayıb.
Yeni yolun inşası sakinlərin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Həmçinin Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.