Tərtərdə bıçaqlanma hadisəsi olub. Bu barədə 15 sentyabr tarixində Lent.az məlumat verib.
Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Axşam saatlarında 58 yaşlı İmanova Xanım Məhəmməd qızı yaşadıqları evdə yaranmış mübahisə zamanı oğlu - 32 yaşlı İmanlı Nahid Akif oğlunun sol döş qəfəsinə bir ədəd bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. Qadın şübhəli şəxs qismində saxlanılıb.