Aqrar Sığorta Fondu regionlar üzrə 1 hektar taxıl sahəsi üçün fermerlərin ödəyəcəyi sığorta məbləğlərini açıqlayıb.
Buğda və arpa sahələrinin sığorta haqları barədə Fond 17 noyabr tarixində video-çarx hazırlayıb.
Sığorta ödənişləri hesablanarkən əkin sahəsinin yerləşdiyi region, məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınır.
Təsərrüfat sahibləri əkin sahələri üzrə sığorta haqqını «Bitkiçilik sığortası üzrə kalkulyator» vasitəsilə hesablaya bilərlər.
Qanunvericiliyə əsasən, 7 bitki növü, o cümlədən buğda və arpa üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidirlər.
![]()