Telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib. Bu barədə 21 iyul tarixində Report məlumat verib.
N.Babayeva bu gün doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Natəvan Babayeva ötən gün axşam saatlarında vəfat edib.
Məlumata görə, jurnalistin müalicəsini bir neçə il idi ki, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov qarşılayırdı.