"Tesla" şirkəti şinlərdə təzyiqə monitorinq sistemindəki nasazlığı aradan qaldırmaq üçün təxminən 700 min elektromobilini geri çağırır.
İnsanoid.com xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatı verib.
Məlumata görə, nasazlıq 2024-cü il buraxılışı olan "Cybertruck", 2017-25-ci ilin "Model S" və 2020-2025-ci ilin "Model Y" avtomobillərində aşkarlanıb.
NHTSA-nın məktubunda qeyd edildiyi kimi, bu modellərdəki monitorinq sistemi sürücünü şinlərdəki aşağı təzyiq barədə xəbərdar etməyə bilər, təkərləri kifayət qədər şişirdilməmiş nəqliyyat vasitəsindən istifadə isə qəza riskini artırır.
Şirkət tərəfindən bildirilib ki, problemi həll etmək üçün pulsuz proqram təminatı təqdim olunacaq.
Qeyd edək ki, bu, "Tesla" elektrik avtomobillərinin bu il ilk geri çağırılması deyil.