Oktyabrın 4-də şahmat üzrə Champions Chess Tour turnirinin son turunun oyunları keçirilib.
Son mərhələdə Rəcəbov fransalı Maksim Vaşye-Laqrava 2,5:0,5 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov isə eyni hesabla Levon Aronyana məğlub olub.
Turnirin qalibi 31,5 xal toplayan və 100 min dollar mükafat qazanan dünya çempionu Maqnus Karlsendir. Teymur Rəcəbov 27 xalla 2-ci yeri tutub və 60 min dollar mükafat əldə edib. Şəhriyar Məmmədyarov isə 9,5 xalla turnirdə sonuncu yeri tutub və 5 min dollar qazanıb.