Pensiya təyinatına dair sənədləri saxtalaşdırmış 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının keçmiş sədri Ağaməhəmməd Hüseynov barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu haqda yanvarın 13-də Baş Prokurorluq Trend-ə məlumat verib.
Ağaməhəmməd Hüseynov “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunur.
Saxlanılan şəxs 2014-cü ildə komissiya sədri olaraq 16 nəfərin sənədlərində əlilliyin bir illik yerinə müddətsiz olmasına dair qeyd etmədə və saxta sənədləri təsdiq etmədə ittiham olunur. Nəticədə o, 2015-2020-ci illər ərzində 148 min 460 manatdan çox vəsaitin köçürülməsində, bununla da dövlətin mənafelərinə zərər vurulmasında şübhəli bilinir.
İstintaq zamanı dövlətə vurulmuş ziyanın bir hissəsi ödənilib.