Gələn ildən etibarən tibbi xidmətlər üzrə ödənilən əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkün olacaq. Bu barədə noyabrın 3-də Vergi Məcəlləsinə dəyişiklik təklif olunub.
Avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının ƏDV-si isə geri qaytarılmayacaq.
ƏDV-nin geri qaytarılması prosesi 2020-ci ilin may ayından tətbiq edilir. Qaydalara əsasən, alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində qaytarılır. Nağdsız qaydada ödənilən ƏDV-nin 15%-i, nağd qaydada ödənilənin isə 10%-i qaytarılır.