Göyçayda avtoxuliqanlıq hərəkətləri edərək digər sürücülərə təhlükə yaradan Çayarxı kənd sakini saxlanılıb. Bu haqda dekabrın 18-də DİN məlumat verib.
Saxlanılan şəxs sürücülük hüququ olmadan “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub və bu avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Təqsirli bilinən şəxs 15 sutka inzibati qaydada həbs edilib.